Bakı Sağlamlıq Mərkəzində müalicə alan qazilərlə görüş keçirildi

Bu gün mərkəzimizdə müalicə alan qazilərlə görüş keçirildi. Görüşdə mərkəzimizin rəhbərliyi və kollektivi ilə yanaşı Nərimanov Rayon İcra Hakimiyyəti birinci müavini İradə Mahmudova və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyev qonaq qismində iştirak etdilər. Tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi. Mərkəzimizin icraçı direktoru Asiman Həsənov çıxışında Ali Baş Komandanımızın dövlətimizin idarəsindəki müdrik strategiyalarından və onun beynalxalq arenadakı gücündən bəhs etdi. Tədbir iştirakçılarını və qazilərimizi qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik etdi. Daha sonra nümayəndə heyəti mərkəzimizdə müalicə alan qazilərimizə torpaqlarımız uğrunda gedən döyüşlərdəki cəsarətlərindən dolayı təşəkkür edib, hədiyyələr təqdim etdilər. Tədbirimizdən görüntüləri Sizlərə təqdim edirik.

Diqər xəbərlər